Bizimlə əlaqə

Ekspertiza xidmətləri

1. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, dövlətin payı olan müəssisələrdə, publik hüquqi şəxslərdə, qeyri hökümət təşkilatlarında (QHT) və Açıq Səhmdar və Məhdud Məsuliyyətli Cəmiyyətlərdə aparılan yoxlama və təftiş işləri zaman yarana biləcək fikir ayrılıqları üzrə ekspert xidməti;
2. İnvestisiya layihələrinin ekspertizası;

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normalarının ekspertizası;
4. Məhkəmə və Mediasiya proseslərində iqtisadi mübahisələrin maliyyə ekspertizası;
5. Əmək haqqı və ona bərabər tutulan xərclərin ödənişi ilə bağlı mübahisələrin ekspertizası;
6. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənıləşdirilməsi;
7. Gecə vaxtı yerinə yetirilən iş, habelə çox növbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi;
8. Müəssisə və təşkilatlarda məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması və ödənilməsi;
9. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta məbləğinin hesablanması və ödənişinin verilməsi;
10. Mülkü Məcəllə ilə bağlı iqtisadi mübahisələr üzrə maliyyə ekspertizası;
11. İnzibati Xətalar Məcəlləsi ilə bağlı iqtisadi mübahisələr üzrə maliyyə ekspertizası;
12. “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın tətbiqi;
13. “Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları”nın tətbiqi;
14. Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının tətbiqi;
15. Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə,müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının tətbiqi;
16. Müdafiəçilərə,tərcüməçilərə,mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarının müəyyən edilməsi;
17. Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə,müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının tətbiqi;
18. “Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın tətbiqi;
19. Gənclər tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitinin xərclənməsi normativinin tətbiqi;
20. Ayrı-ayrı sahələrə aid olan qulluqçu vəzifələrinin, fəhlə peşələrinin və digər işçilərin aidiyyatı Vahid Tarif – İxtisas Sorğu Kitabçası üzrə ixtisas tələblərinə uyğun əməyinin ödəniş dərəcələrinin müəyyənləşdirilməsi;
21. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan, əmək haqqları Vahid Tarif Cədvəli ilə müəyyən edilməyən (mərkəzləşmiş mühasibatlıq işçiləri və digər) işçilərin aylıq vəzifə maaşlarının tətbiqi;
22. Büdcədən maliyyələşən təşkilatlarda xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün yürüş həddi və neft məhsullarının aylıq normalarının tətbiqi üzrə;
23. Dövlətin payı olan müəssisələrdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatlarında və büdcədənkənar dövlət fondlarında mövcud olan ştat vahidlərinin qüvvədə olan normativlərə uyğunluğunun müəyyənləşdirilməsi;