Rehberlik

Eldar Azay oğlu Təhməzov

Auditor Direktor

1962-ci il sentyabrın 2-də Cəlilabad şəhərində anadan olub.

1980-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) Maliyyə və Kredit fakultəsinə daxil olub, 1984-cü ildə fakultəni fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə 1984-cü ildən Maliyyə Nazirliyinin Dövlət Gəlirləri İnspeksiyasında başlayıb, inspektor, baş inspektor kimi fəaliyyət göstərib.

1990-1994-cü illərdə Maliyyə Nazirliyinin Cəlilabad rayonu üzrə Dövlət Vergi Müfəttişliyinin rəisi, 1994-1996-cı illərdə özəl sektorda direktor, 1997-2002-ci illərdə Maliyyə Nazirliyi Cəlilabad rayonu üzrə Maliyyə İdarəsinin rəisi, 2002-2006-cı illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində İqtisadiyyat və Maliyyə şöbəsinin müdiri vəzifələrində çalışıb.

2003-cü ildə “Azəruçot  Elmi-Metodiki Xidmət” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişdir.

2006-2010-cu illərdə Cəmiyyətin Direktoru vəzifəsini icra etmişdir.

2010-cu ilin aprel ayında Azərbaycan Respublikasının Maliyyə Nazirinin Əmri ilə Maliyyə Nazirliyinin Biləsuvar rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş, 2021-ci ilin may ayına kimi həmin vəzifədə çalışmışdır.

2021-ci ilin may-sentyabr aylarında “Azəruçot  Elmi-Metodiki Xidmət” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru, sentyabr ayından hal-hazıradək “Azəruçot” Auditor təşkilatının Direktoru-Auditoru olaraq fəaliyyət göstərir.

2021-ci ilin noyabr ayından Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvüdür.

2025-ci illin may ayından Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin üzvüdür.

Ailəlidir, 2 övladı var.