- +994 12 460 71 12
- azerucot@gmail.com
- Bazar ertəsi - Cümə, 09:00 - 18:00
“Azəruçot” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən “13” mart 2003-cü il tarixdə Dövlət Qeydiyyatına alınmış, 0103-P7-37414 nömrəli ŞƏHADƏTNAMƏ verilmişdir. Şirkətin əsas fəaliyyət istiqamətləri təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən təsərrüfat subyektlərində mühasibat uçotunun təşkili, aparılması, mühasibat hesabatlarının tərtibi, uçot siyasətinin formalaşdırılması, təsərrüfat fəaliyyətinin predmetindən asılı olaraq sistemdaxili uçotun qurulması, büdcə-vergi qanunvericiliyinə riayət edilməsi üzrə məsləhət verilməsi, təlimlərin keçirilməsi və digər əlaqəli sahələr üzrə Elmi-Metodiki Xidmətlər göstərilməsi olmuşdur.
Ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar müstəvisində yaranan yeni təsərrüfatçılıq münasibətlərinin tələblərinə uyğun olaraq fəaliyyətin təkmilləşdirilməsi, eyni zamanda müasir dövrün çağırışlarına cavab olaraq “Azəruçot” Elmi-Metodiki Xidmət MMC 2021-ci ilin sentyabr ayından etibarən auditor təşkilatına çevrilməsi qərara alınmışdır. Bununla bağlı Qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Auditorlar Palatasına müraciət olunmuş və 22 noyabr 2021-ci il tarixli AT/238 nömrəli İCAZƏ sənədi ilə auditor fəaliyyətinə icazə verilmişdir. Göstərilən tarixdən etibarən “Azəruçot” MMC auditor xidmətlərinin göstərilməsini həyata keçirir.
“Azəruçot” MMC” büdcədən maliyyələşən, maliyyə yardımı alan, dövlətin payı olan müəssisə və təşkilatlarda, Publik Hüquqi Şəxslərdə, Məhdud Məsuliyyətli Cəmiyyətlərdə və Açıq Səhmdar Cəmiyyətlərində mühasibat uçotunun təşkili və aparılması, mühasibat hesabatlarının tərtibi, uçot siyasətinin formalaşdırılması, həmçinin maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərini həyata keçirir.
Biz audit tapşırıqlarını Beynəlxalq Audit Standartlarına (BAS), Mühasibat Uçotunun Beynəlxalq Standartlarına (MUBS) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS), təsərrüfat subyektinin nizamnaməsi ilə nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə və qüvvədə olan əlaqəli normativ-hüquqi aktlar əsasında həyata keçiririk.
Fəaliyyət göstərdiyimiz müddətdə yerinə yetirdiyimiz anoloji işlər, kadrların iş təcrübəsi və onların potensialı bizə deməyə imkan verir ki, sifarişçilər tərəfindən verilmiş tapşırıqlar vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir.
Bu baxımdan Sifarişçilərin məmnuniyyətini əks etdirən kifayət qədər “Tövsiyyə məktubları” təqdim olunmuşdur.
Əminik ki, bizimlə əməkdaşlıqdan və göstərəcəyimiz xidmətlərdən məmnun qalacaqsız =
Babek prospekti, 12A , blok C, qapi 2 Azərbaycan, Bakı, AZ 1025
© 2023 Azəruçot Məhdud Məsuliyyətli Cəmiyyəti. Bütün hüquqları qorunur.