Dövlət satınalmaları üzrə xidmətlər

Şirkətimiz dövlət və bələdiyyə qurumları, eləcə də özəl sektor üçün dövlət satınalmaları sahəsində kompleks xidmətlər təqdim edir. Xidmətlərimizə satınalma prosedurlarının planlaşdırılması, tender elanlarının hazırlanması və yerləşdirilməsi, iştirakçıların müəyyənləşdirilməsi, tender təkliflərinin hazırlanmasına dəstək, qiymətləndirmə meyarlarının tətbiqi, müqavilələrin hüquqi ekspertizası və satınalma proseslərinin qanunvericiliyə uyğun şəkildə aparılması daxildir.

Peşəkar komandamız dövlət satınalmaları haqqında qanunvericiliyi dərindən bilir və sifarişçilərə həm strateji, həm də texniki səviyyədə tam dəstək göstərir. Məqsədimiz – şəffaf, ədalətli və səmərəli satınalma mexanizmlərinin tətbiqinə kömək etmək və müştərilərimizin maraqlarını maksimum dərəcədə qorumaqdır.

  1. Satınalma prosedurlarının təşkilinə cəlb olunan mütəxəssislərin maarifləndirilməsi istiqamətində təlimlər, seminarlar keçirmək;
  2. Cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planının hazırlanıb təsdiq edilməsi və dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi;
  3. Növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edildikdən sonra ilkin satınalma planında dəqiqləşdirmə aparılması, təsdiq edilməsi və dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi;
  4. Cari il üçün xərclər smetasında nəzərdə tutulmuş xərc maddələri üzrə tətbiq olunacaq satınalma üsulunun müəyyən edilməsi;
  5. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyən edilməsi;
  6. Tender komissiyasının yaradılması;
  7. Malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinə dair tender komissiyasına təqdim etdiyi sənədlərin araşdırılması (tender təklifi istisna olmaqla);
  8. Tender elanının hazırlanması, təsdiq edilməsi və dərc edilməsi və ya malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvətin göndərilməsi (dövlət satınalmaların vahid internet portalında, KİV-də);
  9. Tenderin əsas şərtlər toplusunun malgöndərən təşkilata təqdim olunması və iddiaçı kimi qeydiyyatdan keçirilməsi;
  10. Tenderin əsas şərtlər toplusuna dair izahat verilməsi və onda dəyişikliklərin edilməsi;
  11. Malsatan tərəfindən tender təklifinin təqdim olunması;
  12. Tenderin təkliflərin qüvvədə olma müddəti, dəyişdirilməsi və geri götürülməsi;
  13. Tender təklifinin təminatının alınması;
  14. Tender prosedurasının başlanması;
  15. Tender təkliflərinə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi;
  16. Tender komissiyasının qərarı;
  17. Tender təkliflərinin aksepti və satınalma müqaviləsinin qüvvəyə minməsi;
  18. Satınalma müqaviləsinin yerinə yetirilməsi təminatının alınması;
  19. Satınalma müqaviləsi üzrə ödəmələr: Satınalma müqaviləsinin ümumi dəyərinin 30%-dən çox olmamaqla avans ödənilə bilər. Avansın alınması üçün malgöndərən tərəfindən satınalan təşkilata avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank təminatının verilməsi;