Şirkət haqqında
“Azəruçot” Elmi-Metodiki Xidmət Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən “13” mart 2003-cü il tarixdə Dövlət Qeydiyyatına alınmış, 0103-P7-37414 nömrəli ŞƏHADƏTNAMƏ verilmişdir.
Şirkətimiz təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayan təsərrüfat subyektlərində mühasibat uçotunun təşkili, aparılması, mühasibat hesabatlarının tərtibi, uçot siyasətinin formalaşdırılması, təsərrüfat fəaliyyətinin predmetindən asılı olaraq sistemdaxili uçotun qurulması, büdcə-vergi qanunvericiliyinə əməl edilməsi üzrə məsləhət verilməsi, həmçinin təlimlərin keçirilməsi və digər əlaqəli sahələr üzrə Elmi-Metodiki Xidmətlər göstərmişdir.
Ölkəmizdə aparılan uğurlu iqtisadi islahatların tələblərinə uyğun olaraq fəaliyyətin şaxələndirilməsi, eyni zamanda müasir dövrün çağırışlarına cavab olaraq “Azəruçot” Elmi-Metodiki Xidmət MMC 2021-ci ilin sentyabr ayından etibarən auditor təşkilatına çevrilməsi qərara alınmışdır. Bununla bağlı Qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Auditorlar Palatasına müraciət olunmuş və 22 noyabr 2021-ci il tarixli AT/238 nömrəli İCAZƏ sənədi ilə auditor fəaliyyətinə icazə verilmişdir. Göstərilən tarixdən etibarən “Azəruçot” MMC Auditor təşkilatına çevrilmiş, təşkilatı-hüquqi strukturu formalaşdırılmış, fəaliyyət istiqamətlərinə uyğun olaraq (auditor fəaliyyəti) ştat vahidləri müəyyənləşdirilmişdir

“ AZƏRUÇOT ” MMC 2003-cü ildə təsis edilmişdir. Cəmiyyət 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvüdür.
Direktor: Təhməzov Eldar Azay oğlu
İcazənin dövlət qeydiyyatı və №-si : AT/238
İcazənin müddəti : 22 noyabr 2021-dən 22 noyabr 2026-cı ilədək
İşçilərinin sayı – Təşkilat 11 nəfər işçi heyyətinə malikdir.
İcazəli Auditorların sayı: 3 nəfər
Beynəlxalq serfikatların mövcudluğu: (ACCA, CPA, CIMA, DipIFR, CFA və s.) 6 nəfər
PMS sertifikatların mövcudluğu: (Peşəkar Mühasib Sertifikatı ) 4 nəfər
“Auditorun peşə məsuliyyətinin icbari sığortası”nın mövcudluğu
Sığorta şəhadətnaməsinin №-si: C-ALC-0023/25
Başlama və bitmə tarixi: 15 aprel 2024-ci il , 14 aprel 2026-cı il
Sığortanın məbləği: 30.000 AZN ( otuz min manat )
Beynəlxalq konfranslarda iştirak (son 3 ildə): 2
1. Qırğızıstan Respublikasının Çolpon-Ata (İssık-Kul) şəhərində “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi təcrübəsi” mövzusunda beynəlxalq konfransda iştirak. Avqust 2023-cü il.
2. Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi və Özbəkistan Mühasiblər və Auditorlar Milli Assossasiyasının təşkilatçılığı ilə “ Mühasibat uçotu və Audit – müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi – praktiki konfransda iştirak. Dekabr 2024-cü il.
İctimai əhəmiyyətli qurumlara və publik hüquqi şəxslərə göstərilmiş auditor xidmətlərinin sayı ( son 3 ildə sayı ): 57
Şirkətdaxili keyfiyyətə nəzarət sisteminin mövcudluğu: Mövcuddur
Keyfiyyətə kənar nəzarətin monitorinqi üzrə verilən qiymət ( son 3 ildə ): 4 bal


























