Şirkət haqqında

Azərucot MMC 2003-cü ildən etibarən Azərbaycan audit və maliyyə xidmətləri bazarında fəaliyyət göstərən ixtisaslaşmış auditor təşkilatıdır. Fəaliyyətə başladığı gündən etibarən şirkətimizin əsas hədəfi müştərilərə şəffaf, obyektiv və yüksək peşəkarlıqla icra olunan audit xidmətləri təqdim etmək olmuşdur.
20 ildən artıq təcrübəmiz, peşəkar auditor komandamız və beynəlxalq standartlara uyğun iş prinsiplərimiz sayəsində Azərucot MMC bu gün ölkənin aparıcı audit şirkətlərindən biri kimi tanınır.

Fəaliyyət Sahələri
Azərucot MMC aşağıdakı sahələrdə auditor xidmətləri göstərir:
• Banklar
• Bank olmayan kredit təşkilatları
• Maliyyə qurumları
• Sığorta şirkətləri
• Nizamnamə kapitalında dövlətin payı olan müəssisələr
• Dövlət müəssisələri
• Sahibkarlıq subyektləri və özəl şirkətlər
Audit xidmətlərimiz həm yerli qanunvericiliyin tələblərinə, həm də Beynəlxalq Audit Standartlarına (ISA) tam uyğun şəkildə həyata keçirilir.

Missiyamız
• Müştərilərimizə etibarlı, şəffaf və obyektiv audit xidmətləri təqdim etməklə:
• maliyyə hesabatlarının dəqiqliyini təmin etmək,
• idarəetmə proseslərinin təkmilləşməsinə dəstək vermək,
• risklərin düzgün qiymətləndirilməsinə şərait yaratmaq,
• və ümumi maliyyə sabitliyinə töhfə vermək bizim əsas missiyamızdır.

Məqsədimiz
Azərucot MMC olaraq məqsədimiz yalnız audit rəyi vermək deyil, həm də müştərilərimizin maliyyə dayanıqlığının gücləndirilməsi, qərarvermə proseslərinin yaxşılaşdırılması və onların daha sağlam maliyyə sisteminə sahib olmasına dəstək olmaqdır.

“ AZƏRUÇOT ” MMC 2003-cü ildə təsis edilmişdir. Cəmiyyət 2021-ci ildən etibarən  Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvüdür.
Direktor: Təhməzov Eldar Azay oğlu
İcazənin dövlət qeydiyyatı və №-si : AT/238
İcazənin müddəti : 22 noyabr 2021-dən 22 noyabr 2026-cı ilədək
İşçilərinin sayı – Təşkilat 11 nəfər işçi heyyətinə malikdir.
İcazəli Auditorların sayı: 3 nəfər
Beynəlxalq serfikatların mövcudluğu: (ACCA, CPA, CIMA, DipIFR, CFA və s.) 6 nəfər
PMS sertifikatların mövcudluğu: (Peşəkar Mühasib Sertifikatı ) 4 nəfər
“Auditorun peşə məsuliyyətinin icbari sığortası”nın mövcudluğu
Sığorta şəhadətnaməsinin №-si:
 C-ALC-0023/25
Başlama və bitmə tarixi: 15 aprel 2024-ci il , 14 aprel 2026-cı il 
Sığortanın məbləği: 30.000 AZN ( otuz min manat )
Beynəlxalq konfranslarda iştirak (son 3 ildə): 2
1.
 Qırğızıstan Respublikasının Çolpon-Ata (İssık-Kul) şəhərində “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi təcrübəsi” mövzusunda beynəlxalq konfransda iştirak. Avqust 2023-cü il.
2. Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi və Özbəkistan Mühasiblər və Auditorlar Milli Assossasiyasının təşkilatçılığı ilə “ Mühasibat uçotu və Audit – müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi – praktiki konfransda iştirak. Dekabr 2024-cü il.
İctimai əhəmiyyətli qurumlara və publik hüquqi şəxslərə göstərilmiş auditor xidmətlərinin sayı ( son 3 ildə sayı ): 57
Şirkətdaxili keyfiyyətə nəzarət sisteminin mövcudluğu: Mövcuddur
Keyfiyyətə kənar nəzarətin monitorinqi üzrə verilən qiymət ( son 3 ildə ): 4 bal