Xidmətlərimiz haqqında
Azərucot MMC olaraq fəaliyyətimiz barədə məlumat vermək və Sizə təqdim edə biləcəyimiz audit xidmətlərini diqqətinizə çatdırmaqdan məmnunluq duyuruq. Şirkətimiz 2003-cü ildən etibarən Azərbaycan Respublikasında banklar, bank olmayan kredit və digər maliyyə təşkilatlarında Maliyyə Hesabatlarının Auditi üzrə ixtisaslaşmış auditor təşkilatı kimi uğurla fəaliyyət göstərir.
Uzun illərin təcrübəsi, yüksək ixtisaslı auditor heyətimiz və beynəlxalq standartlara əsaslanan audit metodologiyamız sayəsində bank sektorunda və maliyyə təşkilatlarında şəffaflığın artırılması, risklərin idarə edilməsi və hesabatların etibarlılığının təmin olunması istiqamətində peşəkar xidmətlər göstəririk.

Göstərilən audit xidmətləri aşağıdakı prinsiplərə əsaslanır:

  • Beynəlxalq Audit Standartlarına (ISA) və yerli qanunvericiliyin tələblərinə tam uyğunluq
  • Audit prosesinin obyektiv, müstəqil və şəffaf həyata keçirilməsi
  • Maliyyə hesabatlarının etibarlılığının və düzgünlüyünün qiymətləndirilməsi
  • Təşkilatın maliyyə risklərinin aşkarlanması və riskə təsir edən amillərin müəyyənləşdirilməsi
  • İdarəetmə qərarlarının təkmilləşdirilməsinə dəstək verən analitik nəticələrin hazırlanması

Fəaliyyət sahəmizə aşağıdakılar daxildir:

  • Bankların auditinin aparılması
  • Bank olmayan kredit təşkilatlarının (BOKT) auditi
  • Maliyyə və kredit təşkilatlarının audit xidmətləri
  • Sığorta şirkətlərinin maliyyə hesabatlarının auditi
  • Dövlət payı olan və özəl maliyyə qurumlarının auditi

Azərucot MMC olaraq hədəfimiz yalnız audit rəyi vermək deyil, həm də müştərilərimizin maliyyə sabitliyinin artırılmasına, sorğulara operativ cavab verilməsinə və səmərəli əməkdaşlıq mühitinin yaradılmasına töhfə verməkdir.
Sizin təşkilatla əməkdaşlıq etməkdən məmnun olarıq və təqdim etdiyimiz audit xidmətlərinin fəaliyyətinizə əlavə dəyər qatacağına inanırıq. Əlavə məlumat təqdim etməyə və əməkdaşlıq imkanlarını müzakirə etməyə hazırıq.

Azərbaycan Respublikasının bank sistemi – maliyyə bazarlarına nəzarət orqanı olan Azərbaycan Respublikasının Mərkəzi Bankından (Mərkəzi Bank) və kredit təşkilatlarından ibarətdir.

Bank – fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.

Bank olmayan kredit təşkilatı (BOKT) – xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır.

Kredit ittifaqı – mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.
Bank, ödəniş təşkilatı və elektron pul təşkilatı – “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 3.1.1-ci, 3.1.2-ci və 3.1.4-cü maddələrində nəzərdə tutulmuş ödəniş xidmətlərinin göstərilməsi, bank və elektron pul təşkilatı eyni zamanda elektron pulun satışı və elektron pulun qalıq dəyərinin geri ödənilməsi üçün ölkə daxilində ödəniş agentini cəlb edə bilərlər. Ödəniş xidməti təchizatçısı cəlb etdiyi ödəniş agentlərinin ödəniş xidmətləri üzrə fəaliyyətinə görə tam məsuliyyət daşıyır.

3.1.1. ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;
3.1.2. kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;
3.1.4. pul köçürməsi;

Ödəniş agenti – bank, ödəniş təşkilatı və ya elektron pul təşkilatı ilə bağlanılmış müqavilə əsasında onun adından çıxış edərək ödəniş xidmətlərini göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs.

Maliyyə təşkilatları və xidmətlər:

1. Banklar
2. Bank olmayan kredit təşkilatları
3. Kredit ittifaqları
4. Elektron pul təşkilatları
5. Bankların ödəniş agentləri
6. Fond birjası
7. İnvestisiya şirkətləri
8. İnvestisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar
9. İnvestisiya fondları və onların idarəçiləri
10. Ödəniş təşkilatları
11. Ödəniş sistemi operatorları
12. Ödəniş agentləri
13. Poçt rabitəsinin milli operatoru
14. Valyuta mübadiləsi məntəqələri
15. Milli Depozit Mərkəzi

16. Klirinq təşkilatı
17. Sığortaçılar və təkrarsığortaçılar
18. Sığota vasitəçiləri:
     18.1. Fiziki şəxs sığorta agentləri
     18.2. Hüquqi şəxs sığorta agentləri
19. Sığorta brokerləri :
     19.1. Hüquqi şəxs sığorta brokerləri
     19.2. Fiziki şəxs sığorta brokerləri
     19.3 Xarici sığorta brokerləri
20.Sığorta sahəsində yardımçı hüquqi şəxslər və müstəqil ekspertlər:
     20.1. Hüquqi şəxs müstəqil ekspertlər
     20.2. Fiziki şəxs müstəqil ekspertlər
     20.3. Yardımçı hüquqi şəxslər
     20.4. Yardımçı xarici hüquqi şəxslər