Ali və orta ixtisas təhsil müəssisələrində mühasibat uçotu və iqtisadçı ixtisası üzrə təhsil alan tələbələrin maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə istehsalat təcrübəsinin keçirilməsi:
Ali və orta ixtisas məktəblərində mühasibat uçotu və iqtisadçı ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin keçirilməsinin təşkili;
Təcrübə obyektlərinin fərdi qaydada müəyyənləşdirən tələbələrlə və ali və orta ixtisas təhsil müəssisələri ilə təcrübə müqavilələrinin bağlanması;
Ali və orta ixtisas təhsil müəssisələri bağlanmış müqavilələrə uyğun olaraq təcrübə keçəcək tələbələrin siyahılarının əldə olunması;
Təhsil müəssisələri tərəfindən tərtib edilən ixtisasın təcrübə proqramını və qrafikini əldə etmək;
Müəssisədə istehsalat təcrübəsinə rəhbərlik etmək üçün ixtisaslı mütəxəssislərdən təcrübə rəhbərləri təyin etmək;
Təcrübə rəhbəri tərəfindən təcrübə keçən tələbələrin davamiyyətinə, müvafiq proqram üzrə təcrübənin aparılmasına nəzarət etmək;
Təcrübə rəhbəri istehsalat təcrübəsi başa çatdıqdan sonra təcrübə gündəliyində hər bir tələbənin təcrübə dövründəki fəaliyyətini qiymətləndirir, imzalayır təsdiq üçün rəhbərliyə təqdim edir.