Mühasibat Uçotu

Sifariş et

Maliyyə uçotu

Maliyyə uçotu  əsasən kənar istifadəçilərin tələblərinə uyğun  informasiya formalaşdıran bir uçotdur. Maliyyə uçotunun əsas məqsədi müəssisənin maliyyə fəaliyyətinə aid  aşağıdakı 3 istiqamətdə informasiya hazırlamaqdır:

  1. Maliyyə vəziyyəti
  2. Maliyyə nəticələri
  3. Pul vəsaitlərinin hərəkəti haqqında

İdarəetmə uçotu

İdarəetmə uçotunun tətbiqinin  əsas məqsədi müəssisənin fəaliyyətini planlaşdırmaq və ona nəzarət etmək üçün lazım olan mühasibatlıq üsullarından ibarətdir. Mühasibatlıq yazılışları biznesin necə pul qazandığı və xərclədiyi barədə bir çox faydalı məlumatların özündə daşıyır. İdarəetmə uçotu bu məlumatları elə forma işləyib təqdim edir ki, şirkətin rəhbərliyi onun əsasında strateji qərarları qəbul edə bilsin. “Azəruçot” MMC idarə etmə  uçotun formalaşması üçün sizə öz peşəkar komandasının bilik və bacarıqlarını təklif edir.

Maliyyə təhlili

Maliyyə təhlili investorlara investisiya qərarlarını verməyə kömək edir. Maliyyə təhlili zamanı biz investisiya olunacaq şirkətinin hər tərəfli təhlilini aparırıq və investisiya qərarına təsir göstərə biləcək məsələlərə aydınlıq gətiririk.

Maliyyə təhlilin əsas məqsədi risklərin aşkar edilməsidir ki, bu da investorun danışıqlar vaxtı daha güclü mövqeyə malik olmasını təmin edir.

Maliyyə təhlil aşağıdakı sahələri əhatə edir:

  1. İnvestisiya ediləcək şirkətin maliyyə vəziyyəti
  2. İqtisadi mühitin təsviri;
  3. Keçmiş fəaliyyətinin maliyyə təhlili;
  4. Maliyyə proqnozlarının yoxlanılması;
  5. Vergi və hüquq məsələlərinin yoxlanılması;

Bizim xidmətlərimizdən yararlanmaq üçün müraciət edin.