Maliyyənin funksiyaları

Maliyyənin mahiyyəti onun funksiyaları ilə müəyyənləşdirilir. Bu funksiyaların sayı və məzmunu haqqında iqtisadçılar arasında mübahisə və fikir ayrılığı mövcuddur. Bəzi məşhur maliyyəçilər maliyyənin 3 funksiyası olduğunu qəbul edir,

1-ci funksiyası pul fondlarının təşkili,

2-ci funksiyası pul fondlarının istifadəsi,

3-cü funksiyası nəzarət funksiyasıdır.

Nəzəriyyəçilər nəqədər mübahisə etsələrdə maliyyənin məcmu-ictimai məhsulun bölgüsündə rolunu dolayı yolla olsa da təsdiq etməli olurlar. Məsələn, Sabanti bölgü və nəzarəti dövlətin funksiyası hesab etsə də, onların hər ikisinin maliyyə vasitəsiylə yerinə yetirildiyini inkar etmir. Məhz bu da digər iqtisadçılara, o cümlədən Azərbaycan iqtisadçılarına da maliyyənin 2 funksiyasının: bölüşdürücü və nəzarət funksiyasının olmasını söyləməyə əsas verir. Həm də bu funksiyalara əlahiddə şəkildə baxmaq da olmaz. Onlar bir-birini tamamlayır və bir-biri üçün şərt olur.

Əgər funksiyaya kateqoriyaya məxsus olan xüsusiyyətlərin spesifik ifadə forması kimi baxılsa, onda aşkar olunar ki, bazar iqtisadiyyatı şəraitində maliyyə, həm də nizamlayıcı funksiyasını həyata keçirir. Ancaq nizamlaşma bölgü prosesinin daxilində aparıldığından, bölgü funksiyası ilə ifadə olunmur.