Maliyyə xidmətləri

Maliyyə xidmətləri - növbəti il üçün gəlir və xərclərin proqnozlaşdırılmasına, cari ildə sərəncamda olan aktivlərin və büdcə vəsaitinin qanunvericiliyin tələblərinə uyğun idarə edilməsinə yol göstərən xidmətlər kompleksidir.

Maliyyə xidmətləri - maliyyə zəncirinin bütün həlqələrində baş verən maliyyə əməliyyatları və proseslərinə metodiki kömək və məsləhət xidmətləri göstərən fəaliyyət növüdür. 

Qüvvədə olan qanunvericilik aktlarında büdcə anlayışı - müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədi kimi öz əksini tapmışdır.

Azəruçot Elmi-Metodiki Xidmət Məhdud Məsuliyyətli Cəmiyyətin mütəxəssisləri tərəfindən göstəriləcək maliyyə xidmətləri maliyyənin idarə olunmasının əsas prinsiplərindən olan şəffaflığın, səmərəlliyin təmin edilmsi, maliyyə intizamının möhkəmləndirilməsi, maliyyə hüququnun qorunmasına üstünlük verilir. Ümid edirik ki, tərəfimizdən  bu istiqamətində atılan addımlar həm vətəndaş cəmiyyəti və hökumət qurumları, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndiriləcəkdir. İctimayyətə təqdim etdiyimiz maliyyə xidmətləri nəticə etibarı ilə müraciət edən hər bir vətəndaşın, fiziki və hüquqi şəxsin, təşkilatların bu sahədə normativ hüquqi aktların düzgün tətbiqinə kömək etməklə yanaşı, vətədaş-məmur münasibətlərində məmunluq yaradacaqdır.

Təqdim etdiyimiz xidmətlər nəticə etibarı ilə bu sahədə normativ hüquqi aktların düzgün tətbiqinə kömək etməklə yanaşı bütün sferalarda hər bir sifarişçidə məmnunluq yaratmaqla bu sahədə işləyən mütəxəssislərinin təcrübəsinin artmasına, bilik və bacarıqlarının formalaşmasına səbəb olacaqdır. 

İşlərin icrası  xidmətlərin göstərilməsi barədə müqavilə bağlandıqdan sonra həyata keçirilir. Xidmət haqqının məbləği və ödənilməsi müqavilədə göstərilmiş qaydada həyata keçirilir.

Müəssisə və təşkilatların, onlarda işləyənlərin müraciətlərini asanlaşdırmaq və bu sahədə operativliyi təmin etmək məqsədilə sayıtmızda Onlayn əlaqə (Online chat) bölməsi yaradılıb. Onlayn əlaqə bölməsi həftənin iş günləri saat 9-dan 19-dək fəaliyyət göstərir. Müraciətlər xüsusi ayrılmış mütəxəssislər tərəfindən cavablandırılır. Onlayn əlaqə vasitəsi ilə  Azəruçotun bütün xidmətləri üzrə yalnız məlumat xarakterli informasiyalar əldə etmək mümkündür.