Maliyyə xidmətləri

Sifariş et

Maliyyə xidmətləri haqqında ümumi müddəalar

Məqsəd və nəticə

Maliyyə xidmətləri - maliyyə zəncirinin bütün həlqələrində baş verən maliyyə əməliyyatları və proseslərinə metodiki kömək göstərmək və məsləhət verməklə yol göstərən xidmətlər kompleksidir. 

Gəlirlərin, xərclərin proqnozlaşdırılması və icrasının təşkili üzrə xidmətlər - növbəti il üçün gəlir və xərclərin proqnozlaşdırılmasına, cari ildə sərəncamda olan aktivlərin və büdcə vəsaitinin qanunvericiliyin tələblərinə uyğun idarə edilməsinə metodiki kömək və məsləhət verən xidmət növüdür.

Xidmətlər maliyyə sistemində uzun illər işləmiş, bu sahədə kifayət qədər elmi və praktik biliklərə malik olan ali təhsilli, peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir.

Tərəfimizdən göstərilən xidmətlər maliyyə zəncirinin bütün həlqələrində təzahür edən prosesual normaların doğru, düzgün tətbiqini nəzərdə tutur.

Daxil olmuş sifarişlər əsasında mütəxəssislərimiz tərəfindən maliyyə xidmətləri aşağıdakı ardıcıllıqla həyata keçiriləcəkdir:

- maliyyə xidmətlərindən istifadənin mövzusunun öyrənilməsi və təhlil edilməsi;

- mövcud problemləri həll etmək və sifarişçi tərəfindən qoyulan məqsədlərə çatmaq üçün plan-qrafikin hazırlanması;

- mütəxəssislərin təklif etdiyi ilkin plan-qrafikin müzakirəsi, yarana biləcək dəyişikliklərin həyata keçirilməsi üçün tövsiyələrin hazırlanması;

- razılaşdırılmış plan-qrafikin praktikada həyata keçirilməsi yollarının müzakirəsi və az effektli metodların korreksiyası;

- lazım gələrsə dəvət olunan kənar mütəxəssislərin cəlb edilməsi səbəblərinin sifarişçiyə izah edilməsi və razılaşdırılması;

- göstərilən xidmətlərə dair hesabat-rəy hazırlanıb, təsdiq olunub təqdim olunmsı;

- görülmüş iş və xidmətlərin yerinə yetirilməsinə dair təhvil-təslim aktının tərtib olunub, sifarişçi və icraçı tərəfindən təsdiq olunması;

- maliyyə xidmətləri haqqının məbləği və ödənilməsi qaydası sifarişçi ilə icraçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir.

Xidmətlərin məqsədi:

- Maliyyə intizamının möhkəmləndirilməsinə kömək;

- Maliyyə hüququnun müdafiəsi və qorunmasına kömək.

Əsas məqsədlərimizdən biri də bu xidmətlərdən yararlanan müəssisə və təşkilatların maliyyə sahəsində işlərini yaxşılaşdırmaqla risklərin qabaqlayıcı rejimdə aşkarlanmasına kömək göstərməkdir.  

Bir sözlə bizim mütəxəssislərin səyi nəticəsində müəssisənizin fəaliyətinə təsir edən güclü və zəif tərəfləri aşkar etməklə yanaşı, inkişaf perspektivlərinizi və hətta ən çətin maliyyə problemlərinizin həlli yolları barədə təkliflər əldə edəcəksiniz.

Sifarişçinin maliyyə sektorunda işləyən mütəxəssislərin təcrübəsinin artmasına bilik və bacarıqlarının formalaşmasına səbəb olacaqdır.

Müəssisənizin iqtisadi probleminin həllinin nəticələri (pul, mənəvi rahatçılıq ifadəsində), çəkdiyiniz xərcin dəyərindən çox-çox artıq olduğuna şahidlik edəcəyinizə əmin ola bilərsiniz.

Təqdim etdiyimiz xidmətlər nəticə etibarı ilə bu sahədə normativ hüquqi aktların düzgün tətbiqinə kömək etməklə hər bir sifarişçidə məmnunluq yaradacaqdır.

Maliyyə xidmətləri onu sifariş etmiş şəxsin obyektində və ya proseduru həyata keçirən icraçının ofisində aparılır. 

İşlərin icrası “Maliyyə xidmətlərinin göstərilməsi barədə müqavilə” bağlandıqdan sonra həyata keçirilir. Xidmət haqqının məbləği və ödənilməsi müqavilədə göstərilmiş qaydada həyata keçirilir.

Son olaraq bildiririk ki, “Azəruçot” göstərilən xidmətlər zamanı sənəd və məlumatların qanunvericiliklə müəyyən olunmuş məsuliyyət qaydalarına uyğun olaraq mühafizəsini, qorunmasını, yayılmamasını, açıqlanmamasını öhdəsinə götürür və zəmanət verir.