Maliyyə və büdcə sahəsində müəssisə və təşkilatların ehtiyaclarına uyğun kadrların hazırlanması və təkmilləşdirilməsi:
“Azəruçot” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra Azəruçot) maliyyə və büdcə sahəsində müəssisə və təşkilatların ehtiyaclarına uyğun ixtisaslı kadrların hazırlanması və təkmilləşdirilməsi ilə bağlı elmi-metodiki xidmət göstərir;
Təlimlər və seminarlar "Azəruçot"un tədris-təlim mərkəzi tərəfindən təşkil olunur;
Təlimlər və seminarlar müəssisə və təşkilatlarla bağlanmış müqaviləyə uyğun olaraq "Azəruçot"un tədris-təlim mərkəzində və ya sifarişçinin müəyyən etdiyi yerlərdə həyata keçirilir;
Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, dövlətin payı olan müəssisələrdə, publik hüquqi şəxslərdə və qeyri hökumət təşkilatlarında çalışan maliyyə və mühasibat işçilərinin maliyyə və büdcə sahəsində biliklərinin artırılması istiqamətində təlimlər təşkil edir;
Müəssisə və təşkilatların mühasibat işçilərinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, İctimai Sektor üçün Milli Mühasibat Uçotunun Beynəlxalq Standartları, Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları və Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları əsasında mühasibat uçotunun aparılması üzrə təlimlər təşkil edir;
Təlimlər və seminarlar "Azəruçot"un tədris-təlim mərkəzi tərəfindən tərtib olunmuş proqram və qrafik üzrə aparılır;
Kadrların hazırlanması və təkmilləşdirilməsi istiqamətində sifarişçilər tərəfindən təklif edilən digər xidmətlər göstərir.