Maliyyə nəzarəti

Büdcə xərclərinə nəzarət və maliyyə intizamını gücləndirmək, gəlirlərdən səmərəli istifadəni təmin etmək,  cəmiyyəti daim qayğılandıran məsələlərdəndir.Şəffaflq olmadan qazanılan iqtisadi uğurların davamlılığını və sosial rifahı təmin etmək mümkün deyildir. Əldə olunan iqtisadi nailyyətlər və sosial tərəqqi  müdrik Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda uğurla davam etdirilən strategiya nəticəsində mümkün olmuşdur. Fərəhləndirici haldır ki, Azərbaycanın indiyə kimi qazandığı iqtisadi uğurlar və hazırda həyata keçirdiyimiz islahatlar dünyanın  nüfuzlu maliyyə qurumları tərəfindən lazımınca qiymətləndirilir. Bu  isə öz növbəsində, bizim hər birimizdən daha şəffaf və səmərəli işləməyi tələb edir.  

Dövlət orqanlarının  həyata keçirdiyi nəzarətlə yanaşı, ictimai nəzarətin, o cümlədən müstəqil auditin rolu getdikcə artır. Müstəqil audit maliyyə və vergi intizamının gücləndirilməsində, vəsaitlərin təyinatına uyğun və qənaətlə xərclənməsində aşkarlığı təmin edən əsas vasitələrdən biridir. Eyni zamanda yeni dövrün çağırışlarını nəzərə alaraq, iqtisadi islahatların  indiki mərhələsində audit sistemini yenidən qurmaq, onun təsirliliyini artırmaq və beynəlxalq aləmə itiqrasiyasını gücləndirmək sahəsində çox iş görülməlidir.

Bu sırada elmi-metodiki maliyyə xidmətləri göstərən özəl sahənin yaradılması və inkişaf etdirilməsi müasir cəmiyyətin çağırışlarından biridir. Belə ki, maliyyə-büdcə qanunvericiliyini əhatə edən sahələrdə mübahisələrin alternativ həlli mexanizmlərinin tətbiqində və hüquqi şəxslərə və onlarda işləyənlərə elmi-metodiki maliyyə xidmətlərinin göstəriməsi mühüm əhmiyyət kəsb edir.