Maliyyə ekspertizası

Sifariş et

Maliyyə ekspertizası haqqında ümumi müddəalar

Məqsəd və nəticə

Ekspert - müəyyən edilmiş proqnoz vəzifəsi üzrə rəyin çıxarılması üçün tədqiqatlar aparılması, qərarların, rəylərin hazırlanmsı üçün cəlb olunan müəyyən sahənin təcrübəli ixtisaslı mütəxəssisi.

Maliyyə eksperti - maliyyə ekpertizasının aparılması həvalə olunmuş, maliyyə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri bilikə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir.

Maliyyə ekspertizası - hüquqi və fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyətini özündə əks etdirən sənəd və məlumatlar, əməliyyatlar və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan maliyyə tədqiqatıdır.

Maliyyə ekspertizası fəaliyyəti - maliyyə ekspertizasının təşkil edilməsi və aparılması üçün müəyyən edilmiş proqnoz vəzifəsi üzrə tədqiqatlar aparılması, məsləhətlərin verilməsi, qərarların, rəylərin hazırlanması üçün təcrübəli, ixtisaslı mütəxəssislər tərəfindən iştirakçıların hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi fəaliyyətidir.

Maliyyə ekspertizasının əsas vəzifəsi maliyyə-təsərrüfat fəaliyyətini əhatə edən sahələr üzrə xüsusi bilik və təcrübə əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir.

Maliyyə ekspertizası maliyyə-təsərrüfat fəaliyyətini əhatə edən qanunvericiliyin təmin edilməsi, əhatə olunan norma və qaydaların tətbiqi, ekspertin müstəqilliyi ilə həyata keçirilən tədqiqatların obyektivliyi, şəffaflığı və tamlığı prinsiplərinə əsaslanır.

Maliyyə ekspertizası aparılarkən tərəfsizliyin təmin olunmasına, hüquqi və fiziki şəxslərin maliyyə hüquqlarının qorunmasına əməl olunur.

Maliyyə eksperti müstəqildir, onu sifariş etmiş şəxsdən və işin nəticəsində marağı olan şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və mühakimə yürütmək qabiliyyətinə istinad edərək aparılmış tədqiqatların nəticəsinə uyğun rəy verir.

Maliyyə ekspertizası onu sifariş etmiş şəxsin obyektində və ya tədqiqatı həyata keçirən ekspertin ofisində aparılır.

Ekspert tədqiqatı maliyyə, büdcə və mühasibat uçotunu əhatə edən qanun və normativ hüquqi aktlar əsasında obyektiv, hərtərəfli və tam həcmdə aparılır.

Maliyyə ekspertizası “Maliyyə ekspertizasının sifariş edilməsi barədə müqavilə” bağlandıqdan sonra həyata keçirilir.

Maliyyə eksperti tədqiqatın aparılması üçün zəruri şərait olmadıqda, sifariş olunmuş məsələ barədə müvafiq sənəd və məlumatların təqdim olunmadığı halda ekspertizanın keçirilməsindən imtina edə bilər.

Tədqiqat zamanı kənar mütəxəssislərin zəruri biliyinə ehtiyac yarandıqda, onların ekspert qismində iştirakı barədə sifariş etmiş şəxs qarşısında vəsatət qaldırıla bilər.

Təqdim etdiyimiz xidmətlər nəticə etibarı ilə bu sahədə normativ hüquqi aktların düzgün tətbiqinə kömək etməklə yanaşı bütün sferalarda hər bir sifarişçidə məmnunluq yaradacaqdır.

Xidmət haqqının məbləği və ödənilməsi müqavilədə göstərilmiş qaydada həyata keçirilir.