Auditor xidmətləri

Sifariş et

Auditor xidmətləri haqqında ümumi müddəalar

Məqsəd və nəticə

Maliyyə hesabatının auditi - ümumi maliyyə hesabatının müvafiq təlimata uyğunluq dərəcəsinin müəyyən etmək məqsədi ilə aparılır. İqtisadi subyektlərin pul vəsaitlərinin hərəkəti, mühasibat balansı, mühasibat maliyyə hesabatları yoxlanılır.

Mühasibat hesabatının auditi - subyektin hesabatının müəyyənləşdirilmiş meyarlara və mühasibat uçotunun hamılıqla qəbul edilmiş qaydalarına uyğunluğu haqqında rəy vermək məqsədilə həmin hesabatı yoxlamaqdan ibarətdir.

Dövlət orqanlarının həyata keçirdiyi nəzarətlə yanaşı, ictimai nəzarətin, o cümlədən müstəqil auditin rolu getdikcə artır. Müstəqil audit maliyyə və vergi intizamının gücləndirilməsində, vəsaitlərin təyinatına uyğun və qənaətlə xərclənməsində aşkarlığı təmin edən əsas vasitələrdən biridir. Eyni zamanda yeni dövrün çağırışlarını nəzərə alaraq, iqtisadi islahatların indiki mərhələsində audit sistemini yenidən qurmaq, onun təsirliliyini artırmaq və beynəlxalq aləmə intiqrasiyasını gücləndirmək sahəsində çox iş görülməlidir.

Audit - maliyyə nəzarətinin tamamilə yeni formasıdır və müəssisələrdə təsərrüfat-maliyyə fəaliyyətinin düzgünlüyü, təsərrüfat əməliyyatlarının düzgün sənədləşdirilməsi işinin təşkilində onlara böyük köməkdir.

Bu gün, Azərbaycanda audit xidməti iqtisadiyyatın və regionların inkişafı sahəsində genişmiqyaslı proqramların həyata keçirilməsi, ölkənin qeyri-neft sektoruna investisiya axının gücləndirilməsi, sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun yüksəldilməsi, yoxsulluğun azaldılması və xalqın rifah halının yaxşılaşdırılması ilə bağlı iqtisadi siyasətin aparılmasında mühüm rol oynayır. İndiki mərhələdə maliyyə intizamına ciddi əməl olunması, pul vəsaitlərindən səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan da audit həmin vəzifələrin uğurla yerinə yetirilməsində ön sıralarda durur.

Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və dünya təsərrüfatı sisteminə inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında, auditin imkanlarından daha geniş istifadə etmək zərurəti yaranır. Bunun üçün müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini gücləndirmək çox vacibdir.

Təqdim etdiyimiz xidmətlər nəticə etibarı ilə bu sahədə normativ hüquqi aktların düzgün tətbiqinə kömək etməklə yanaşı bütün sferalarda hər bir sifarişçidə məmnunluq yaradacaqdır.     

İşlərin icrası xidmətlərin göstərilməsi barədə müqavilə bağlandıqdan sonra həyata keçirilir. Xidmət haqqının məbləği və ödənilməsi müqavilədə göstərilmiş qaydada həyata keçirilir.

"Azəruçot" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən göstərilən xidmətlər zamanı sənəd və məlumatların qanunvericiliklə müəyyən olunmuş məsuliyyət qaydalarına uyğun olaraq mühafizəsini, qorunmasını, yayılmamasını, açıqlanmamasını öhdəsinə götürür və zəmanət verir.