Haqqımızda

“Azəruçot” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Azəruçot) təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək, həmçinin  auditorun peşə fəaliyyətinə uyğun olaraq daşınar və daşınmaz əmlakların qiymətləndirilməsini həyata keçirən auditor təşkilatıdır.

Cəmiyyət müstəqil təsərrüfat subyekti olmaqla öz fəaliyyətini Azərbaycan Respublikasının “Mülki Məcəlləsi”, qüvvədə olan digər qanunvericilik aktları və öz nizamnaməsi əsasında həyata keçirir.

Cəmiyyətin fəaliyyət istiqamətlərini “Maliyyə xidmətləri” təşkil edir, Maliyyə xidmətlərinə "Gəlirlərin, xərclərin proqnozlaşdırılması və icrasının təşkili üzrə xidmətlər", ”Dövlət satınalmaları üzrə xidmətlər”,  ”Maliyyə ekspertizası”,  ”Qiymətləndirmə üzrə xidmətlər” və “Audit xidmətləri” daxildir.

“Maliyyə xidmətləri” Cəmiyyət tərəfindən göstərilən xidmətlərin tərkib hissəsi olmaqla dövlət vəsaitlərinin idarə olunmasının əsas prinsiplərindən biri olan effektivlik və səmərəliliyin təmin edilməsinə xidmət edir. Bu istiqamətdə atılan addımlar həm vətəndaş cəmiyyəti, həm də hökumət qurumları tərəfindən müsbət qarşılanacağına, nəticə etibarı ilə müraciət edən hər bir təşkilatda normativ hüquqi aktların düzgün tətbiqinə kömək etməklə yanaşı, maliyyə əməliyyatları prosesində məmnunluq yaradacağına ümid edirik.

Cəmiyyətin xidmətlərindən yararlanan müəssisə və təşkilatlar, maliyyə-təsərrüfat fəaliyyətlərində maliyyə intizamının pozulması hallarının qarşısını almaqla nəzərdə tutulmuş inzibati məsuliyyətlərdən yan keçmiş olacaqlar.

Başqa sözlə müəssisə və təşkilatların Cəmiyyətin “Maliyyə Xidmətləri”ndən istifadə etmələri onların sərəncamlarında olan pul vəsaitlərinin səmərəli və effektiv xərcləməsinə şərait yaratmaqla, maliyyə-təsərrüfat fəaliyyətlərində maliyyə qaydalarının pozulması hallarının qarşısını alacaqdır.

Bu kimi halların qarşısını almaq, cari və gələcək dövr üçün aparılan maliyyə əməliyyatları zamanı baş verə biləcək nöqsan və çatışmamazlıqların aradan qaldırılması məqsədilə Cəmiyyətin Maliyyə Xidmətlərindən yararlanmağı tövsiyə edirik.

Bütün bunlarla yanaşı, Cəmiyyət bağlanmış müqavilə şərtlərinə asasən büdcə vəsaitinin istifadəçilərinin Maliyyə Hüququnun müdafiəsi ilə bağlı vaxtaşırı məsləhətlər və metodiki xidmətlər göstərəcək, onlarda aparılan maliyyə nəzarəti tədbirləri zamanı yarana biləcək fikir ayrılıqları (mübahisələr) zamanı Maliyyə Ekspertizasını həyata keçirəcəkdir.

Deyə bilərik ki, Cəmiyyətin göstərdiyi maliyyə xidmətləri büdcə təşkilatlarının Maliyyə Hüququnun müdafiəsində və onun qorunmasında yeni bir səhifə açacaqdır.

Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlər iki əsas məqsədi hədəfləyir:

Birinci məqsəd büdcə təşkilatlarında Maliyyə İntizamının möhkəmləndirilməsi;

İkinci məqsəd büdcə təşkilatlarının Maliyyə Hüququnun müdafiəsi və qorunmasıdır.

Cəmiyyətin prioritet hədəflərindən biri müəssisə və təşkilatlara, habelə onlarda çalışan işçilərə rahat və əlçatan, keyfiyyətli maliyyə xidmətləri göstərməkdir.

Qeyd etmək lazımdır ki, göstərilən xidmətlər ölkəmizin maliyyə sistemində uzun illər işləmiş, bu sahədə kifayət qədər elmi və praktiki biliklərə malik olan peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir.

Son olaraq bildiririk ki, Cəmiyyət göstərilən xidmətlər zamanı sənəd və məlumatların qanunvericiliklə müəyyən olunmuş məsuliyyət qaydalarına uyğun olaraq mühafizəsini, qorunmasını, yayılmamasını, açıqlanmamasını öhdəsinə götürür.

Hər zaman yanınızdayıq!